Suriyadakı törədilən partlayışlar nəticəsində 200-dən çox ölən var.
TİA.AZ bildirir ki, Suriyanın cənubunda Əs-Suveydə əyalətində törədilən partlayışlar nəticəsində azı 215 adam ölüb.
Xatırladaq ki, ilk partlayış Əs-Suveydə əyalətində bazarın ərazisində terrorçu-intiharçı tərəfindən törədilib.
Bir qədər sonra Əl-Musallah şəhərində də güclü partlayış baş verib.
———-
21:54
Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 180 nəfəri ötüb.
TİA.AZ report.az-a istinadən bildirir ki, bu barədə “Al Hadath” telekanalı Suriyanın İnsan Haqlarına Riayət Olunması üzrə Monitorinq Mərkəzinə istinadən məlumat yayıb.
İlk hadisə terrorçu-kamikadzenin özünü Əs-Süveyd şəhərindəki bazarda partlatması nəticəsində baş verib. Bundan sonra Əl-Musalleh rayonunda da növbəti partlayış törədilib. Partlayışlar zamanı ümumilikdə 183 nəfər həlak olub.
Daha əvvəl hadisə zamanı 150 nəfərin həlak olduğu bildirilirdi.
Hər iki partlayışın terrorçular tərəfindən törədildiyi bildirilir.