“Təbii ki, İranın Yaxın Şərqdə zəifləməsi onun Cənubi Qafqazda da mövqelərini zəiflədəcək”. Tribunainfo.az xəbər verir ki, bunu ekspert Armen Petrosyan deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi məsələsində daha da barışmaz olacaqlar. “Blokadanın onların təsəvvür etdikləri ssenari üzrə olmasında israr edəcəklər”.
Petrosyan müharibənin olmayacağını da vurğulayıb. “Deyə bilmərəm ki, müharibə ola bilər, amma dəhliz açmaq üçün xüsusi əməliyyat ola bilər. Amma dəhliz məntiqindən çıxış yolu tapmağa çalışacaqları birmənalı deyil. Yəni onların kompromis yolu tutacağını düşünmürəm”.