Suriyada qaz hücumuyla bağlı səsvermə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya hökumətinin müttəfiqi olan Rusiya narahatdır ki, JIM ötən apreldə Xan Şeyxunda sarin qaz hücumunu hərtərəfli araşdırmayıb
 ABŞ rəsmiləri deyirlər ki, oktyabrın 23-də BMT-də Suriyada qaz hücumlarıyla bağlı səsvermə keçiriləcək, Suriyada kimyəvi silah hücumlarına görə kimin məsuliyyət daşıdığını müəyyənləşdirməyə çalışan inspektorların səlahiyyət müddətini uzatmağı nəzərdə tutan qətnamə müzakirəyə çıxarılacaq.

Birləşmiş Ştatlar Birgə Araşdırıcı Mexanizmin (JIM) mandatının uzadılmasıyla bağlı qətnamə layihəsi hazırlayıb. Bu mexanizmi BMT və Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (OPCW) yaradıb.

Bu qətnaməyə Rusiya veto qoya bilər. Rusiya bildirib ki, mandatın uzadılmasına qərar verilməzdən öncə qurumun oktyabrın 26-da yayılacaq hesabatını görmək istəyir. Mandat noyabrın ortasında bitir.

Suriya hökumətinin müttəfiqi olan Rusiya narahatdır ki, JIM ötən apreldə Xan Şeyxunda sarin qaz hücumunu hərtərəfli araşdırmayıb.

ABŞ və müttəfiqləri isə həmin hücumu Suriya hökumətinin həyata keçirdiyini bildirib.

Rusiya və Suriya hücuma görə üsyançı qrupları suçlayır.