Suriyada “Heyət Təhrir əş-Şam” müxalif qruplaşması prezident Bəşər Əsəd qüvvələrinə qarşı hücumlara ara vermədən irəliləyir.
Tribunainfo.az xəbər verir ki, Suriya Silahlı Qüvvələrinin Baş Komandanlığının son məlumatına görə, müxalif silahlı qüvvələr artıq Hama şəhərinə daxil olublar. Hökumət ordusu Hamanı tərk etməyə məcbur olub.
Məlumatlara görə, “Heyət Təhrir əş-Şam” qruplaşması Hama şəhərindən sonra Hüms şəhərinə doğru irəliləməyə başlayıb.
Xarici KİV-lərdə yayılan xəbərlərə görə, hökumət qüvvələri arasında panika yaranıb.