Suriyada məmur maaşı və minimum əmək haqqı NƏ QƏDƏRDİR? – Eşidənlər İNANMIR

Suriyada məmur maaşı və minimum əmək haqqı NƏ QƏDƏRDİR? – Eşidənlər İNANMIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd rejimi devrildi. Müxalifətin nəzarətində olan ölkənin artıq bazar iqtisadiyyatına keçəcəyi barədə xəbərlər yayılsa da, Suriya lirəsi daha da dəyərsizləşib.

Bəs 1 dolların 13.100 Suriya lirəsinə bərabər olduğu ölkədə məmur maaşı və minimum əmək haqqı nə qədərdir?

Musavat.com xəbər verir ki, ölkənin rəsmi valyutası olan “Suriya lirəsi” dəyər itirib və artıq suriyalılar TL istifadə etməyə başlayıb.

Əsədin devrilməsindən sonra yeni hökumət qurulub. Hökumətin yeni baş naziri və idarə heyəti əsasən İdlibi idarə edən Qurtuluş Hökumətinə bağlı şəxslərdən ibarət olub.

Baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir yeni idarəetmə sisteminin necə olacağı barədə qeyri-müəyyən mesajlar verib.

Hazırda ən çox maraq doğuran məsələlərdən biri də ölkədə hansı iqtisadi sistemin qurulacağıdır. Gələn xəbərlərə görə, sərbəst bazar iqtisadiyyatı tətbiq ediləcək.

suriye-de-memur-maasi-ve-asgari (1).jpg (136 KB)

Dünən Dəməşqin Əməvi meydanında canlı yayımda suriyalılar əlindəki milli valyutaları yandırıb. Bu görüntülərdən məlum olub ki, üzərində Əsədin fotoşəkilləri olan Suriya lirəsinin dəyəri dibə düşüb və az qala kağız parçasına çevrilib.

İnsanlar artıq türk lirəsi istifadə edirlər. Üstəlik, dollarları olanlar da onları dəyişdirərək türk lirəsi alır.

Qeyd edək ki, Suriya lirəsinin dəyər itkisi xüsusilə 2020-ci ildə çox sürətlənib. Həmin il ABŞ Dəməşqə qarşı Sezar sanksiyalarını tətbiq edib. 1 dollar 1000 Suriya lirəsinə uyğun gəldiyi halda, Sezar sanksiyalarından az sonra 4000 Suriya lirəsi səviyyəsinə yaxınlaşıb.

suriye-de-memur-maasi-ve-asgari (2).jpg (59 KB)

1$ = 13.100 Suriya Lirəsi
1€ = 14.442 Suriya Lirəsi
1TL = 486,25 Suriya Lirəsi

Minimum əmək haqqı: 92.970 SYP = 7.1$

Ən yüksək dövlət qulluqçusu maaşı: 150.000 SYP = 11.45$