Suriyada İŞİD terror təşkilatının hücumu nəticəsində əsgərlər həlak olub

Suriyada İŞİD terror təşkilatının hücumu nəticəsində əsgərlər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslam Dövləti” terror qruplaşmasının üzvləri Suriyanın şimal-şərqində silahlı hücum həyata keçirib.

Tribunainfo.az xəbər verir ki, “Al Hadath” telekanalı yaraqlıların Rakka vilayətində Maadan Atik qəsəbəsini ələ keçirdiklərini bildirib. Atışma zamanı blok-postda olan 10 Suriya əsgəri həlak olub, 6-sı isə yaralanıb.

Terrorçular geri çəkilməzdən əvvəl bir neçə evi yandırıb, ələ keçirilən hərbi texnikanı partladıblar.