Suriyada rusiyalı hərbçi Boqdan Derevitski həlak olub.
Suriyada rusiyalı hərbçi Boqdan Derevitski həlak olub.
TİA.AZ xəbər verir ki, bu barədə informasiya Bratsk Şəhər Administrasiyasının saytında yer alıb.
24 yaşlı B.Derevitski 2012-ci ildə orduya çağırılıb. Hərbi xidmət müddəti başa çatdıqdan sonra o, müqavilə əsasında orduda çalışmağa başlayıb. Derevitski daha sonra Suriyaya göndərilib.
Qeyd edək ki, bu, son 1 ay ərzində Rusiyanın Suriyada həlak olan 4-cü hərbçisidir.