Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb etdi

Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın yeni hakimiyyət orqanları Rusiyadan ölkənin keçmiş prezidenti Bəşər Əsədin onlara təhvil verilməsini istəyib.

Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

“Ölkənin yeni lideri Əbu Məhəmməd əl-Culani Moskvadan dekabr ayında üsyançılar tərəfindən devrildikdən sonra Rusiyaya qaçan keçmiş prezident Bəşər Əsədin ekstradisiyasını tələb edib”, – məqalədə bildirilir.
Bundan əlavə, Suriyanın yeni rəhbərliyi Əsəd rejiminin devrilməsindən sonra nümayəndə heyətinin ilk səfəri zamanı Rusiyadan “etimadın bərpası” məqsədilə təzminat tələb edib.