Suriya ordusu İdlibdə hücuma keçdi

Suriya ordusu İdlibdə hücuma keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya ordusu İdlib və Həma əyalətlərində genişmiqyaslı hücuma başlayıb.

Oxu.Az Al-Masdar News nəşrinə istinadən xəbər verir ki, Suriya ordusu Həmadakı Masasne kəndi yaxınlığında silahlıların mövqelərinə hücum edib.

Bildirilir ki, hökumət qüvvələri “Ceyş əl-İzza” müxalif qruplaşmasının xeyli döyşçüsünü məhv edib.

Əsəd qüvvələri həmçinin “Həyat Təhrir aş-Şam” qruplaşmasının mövqelərinə zərbələr endirib və nəticədə Abu-ed-Duhur hərbi aerodrumu istiqamətində irəliləyə bilib.

Rusiyalı hərbçilər hücumda iştirak etməyiblər.