backend

Suriya bölünür: Türkiyəyə bu hissə verilir – ABŞ layihəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ vətəndaş müharibəsindən sonra Suriya üçün yeni xəritə hazırlayıb. 

ABŞ vətəndaş müharibəsindən sonra Suriya üçün yeni xəritə hazırlayıb.

TİA.AZ xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti Suriyadakı adının çəkilməsini istəməyən yüksək vəzifəli rus zabitlərdən birinə istinadla şərh yayımlayıb. Xəritənin əlində olduğunu bildirən qəzet müharibədən sonra Suriyanın bütövlüyünün qorunacağını, lakin İraq kimi siyasi baxımdan parçalanacağını yazıb.

Yeni xəritədə ölkənin şərqi ABŞ-ın nəzarəti altında PYD-yə, qərbi və sahil hissəsi Rusiyanın himayəsi altında Suriya hakimiyyətinə, Fərat qalxanı əməliyyatı nəticəsində nəzarət altına alınan ərazilər Türkiyəyə, ölkənin cənub hissəsi isə ABŞ, İsrail və İordaniyanın dəstəklədiyi silahlı qruplara veriləcək. Daha dəqiq desək, Rakka, Haseke və Deyr əz Zor ABŞ-a, Hələb, Şam xətti Rusiyaya, Əl Bab və ətrafı Türkiyəyə veriləcək.

Bununla bərabər, Menbiçdə Türkiyə və PYD-nin nəzarət etdiyi bölgələr arasında xüsusi status olan ərazi yaradılacaq.

ABŞ niyə Suriyanın şərqini istəyir?

Qəzet şərhində qeyd edir ki, ABŞ-ın niyə Suriyanın şərq vilayətlərinə nəzarət istəyi səbəbsiz deyil. Belə ki, Vaşinqtonun gözünü dikdiyi bölgə iqtisadi və coğrafi baxımdan Aralıq dənizindən İrana qədər olan ərazinin ürəyini formalaşdırır. ABŞ Rakka, Haseke və Deyr əz Zoru nəzarət altına almaqla, həm İranla Livan arasındakı hərbi və siyasi dəhlizi kəsəcək, həm Suriyanın zəngin neft yataqlarını nəzarət altına alacaq, həm də Türkiyə ilə ərəb dünyası arasındakı əlaqəni PYD vasitəsilə ortadan qaldıracaq.

Qeyd edək ki, ötən gündən yayılan bu xəritə böyük müzakirələrə yol açıb. Rusiyanın ABŞ layihəsinin əleyhinə olduğu iddia edilir.