100 Mb sürəti yalnız 5G-ni dəstəkləyən cihazlar vasitəsilə əldə etmək mümkündür. Evlərdəki köhnə cihazlarla 100 Mb sürət əldə etmək mümkün deyil.
Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə mütəxəssis Saleh Əlizadə yazıb. O bildirib ki, 5G yalnız son model cihazlarda var və bu da o deməkdir ki, əhalinin 99%-i bu artan 100 Mb sürətdən istifadə edə bilməyəcək:
“Yəni ancaq imkanlılar, pulu olub son model cihazı alanlar 100 Mb sürət əldə edə biləcək. Buna baxmayaraq, yenə də hər kəs 25 manat ödəmək məcburiyyətindədir. “Azeronline”, “Aztelekom”, “Baktelecom”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bunu çox gözəl bilir”.
Nigar