Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb.
Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb.
“Report”un məlumatına görə, hadisə krallığınVestervoort şəhərində keçirilən toy mərasimində baş verib.
Hadisə zamanıPolad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə qospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmişbaş naziri Surət Hüseynovun cangüdəni olub.