Sürət həddini aşmaya görə cərimələr artırılır (SİYAHI)backend

Sürət həddini aşmaya görə cərimələr artırılır (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yolda sürət həddini aşmaya görə cərimələr artırılır.

Tribunainfo.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.
Məcəllənin hazırkı variantı aşağıdakı kimidir:
Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə də cərimələr artırılır.
Məcəllənin hazırkı variantında qeyd edilib ki, işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 60 manat məbləğində cərimə edilir.
Dəyişikliklə isə cərimə 60 manatdan 80 manata qaldırılır.
Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər isə 150 manat cərimlənəcəklər.
Bununla bağlı da İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir.
Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır.
Dəyişikliklə mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edənlər isə 100 manat cərimələnəcək.