SURƏT HƏDDİ AZALDILDI… BU HANSI PROBLEMLƏRİ ARADAN QALDIRACAQ…?backend

SURƏT HƏDDİ AZALDILDI… BU HANSI PROBLEMLƏRİ ARADAN QALDIRACAQ…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin və Abşeron yarımadasının bəzi küçə və yollarında sürət həddinin dəyişdirilməsi ilə bağlı qərar keçmişdə buraxılmış ciddi səhvlərin düzəldilməsidir. Vaxtilə sürücüləri sıx məskunlaşma ərzilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən belə səhvlər (yüksək sürətlə hərəkətə təhrik edən yol infrastrukturu, qanundan kənar sürət həddinin tətbiqi və s.) olmamalıydı, yaxud çoxdan aradan qaldırılmalıydı.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynovun fikrincə, iş təkcə sürət həddini endirməklə bitməyəcək. Təhlükəsizliyi artırmaq üçün Dövlət proqramında nəzərdə tutulan xeyli digər işlər də görülməlidir:

“Bu işlər yol tikəndən başlamış yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəaliyyətinin təmini, sürücü hazırlığı və sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılmasıdır.
Haqqında danışılan qərar hələ tətbiq edilməyib. Onun icrası üçün yollarda hərəkətin təşkilinə uyğun dəyişikliklər edilməlidir”.