“Bu gün danışıqların Rusiya və ya Qərb platforması olmasından asılı olmayaraq hansısa platformaya daşınması Azərbaycanın marağında deyil. O, indi vasitəçisiz danışıqlarda maraqlıdır”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Suren Surenyants deyib.
Onun sözlərinə görə, Rusiyanın vasitəçilik təklifi Bakı üçün maneə törətmir. Erməni ekspert qeyd edir ki, Azərbaycan yaxşı münasibətə malik ölkələrlə əlaqələrini zədələmək fikrində deyil. “Əliyev yaxşı bilir ki, Rusiyanı incitmək olmaz. Elə ona görə də, Putinin vasitəçiliklə bağlı təklifinə etiraz etmir. Çünki əla bilir ki, Bakı həmin təklifə razılıq versə də, İrəvandan rədd cavabı gələcək”.