Suraxanı MKTB tibb şirkətindən təsərrüfat malları alır

Suraxanı MKTB tibb şirkətindən təsərrüfat malları alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı İcra Hakimiyyətinin Tabeliyində olan Suraxanı Mənzil Kommunal-Təsrrüfat Birliyi (MKTB) daha bir tenderini reallaşdırıb.

Tribunainfo.az xəbər verir ki, qurum müxtəlif təyinatlı malların satın alınmasını həyata keçirəcək.

Rəsmi qaynaqlarda bildirilir ki, MKTB-in müsabiqəsinin qalibi “GİLL MED” QSC olub. Tərəflər arasında 97 min 774 manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, “GİLL MED” QSC tibb sahəsində ixtisaslaşmış şirkətdir. 2020-ci ildə yaradılan şirkət əsasən tibb ləvazimatları, geyimləri və digər vasitələri istehsal edir.

Məsələnin maraqlı tərəfi budur ki, abadlıq, təmizlik və təmir-bərpa işləri ilə məşğul olan Suraxanı MKTB tibb şirkətindən nə ala bilər? MKTB səhiyyə qurumu deyil ki, ona tibbi xalat, qoruyucu maska, tibbi əlcək və bu qəbildən olan məhsullar lazım olsun.

Qarşı tərəfi dinləməyə hazırıq.

Fərda Uğur