Dünən Masallıda 5 yaşlı uşaq sünnət zamanı dünyasını dəyişib. Ölümə səbəb anafilaktik şok olub. Şok uşağa “Novakain” dərmanının vurulmasından sonra yaranıb.
Dünən Masallıda 5 yaşlı uşaq sünnət zamanı dünyasını dəyişib. Ölümə səbəb anafilaktik şok olub. Şok uşağa “Novakain” dərmanının vurulmasından sonra yaranıb.
Pediatr Vaqif Qarayev TİA.AZ-a bildirdi ki, sünnət zamanı ölümün səbəbi keyləşdirici dərmanlar olur: “Bu dərmanlar ölümlə nəticələnən anafilaktik şok yaradır. Ona görə də ən yaxşısı dədə-baba qaydası hesab olunur. Amma əməliyyat mütləq tibb müəssisələrində aparılmalı olduğuna görə, həkimlər dədə-baba qaydasını istifadə etməyəcəklər. Əməliyyat körpə yaşlarında aparılsa daha məqsəduyğundur. Çünki həm tibbi, həm də psixoloji baxımdan əməliyyatı daha yüngül keçirirlər. Əslində burda həkim xəstəyə individual yanaşıb. Böyük yaşlı uşaqlarda ümumi narkozla aparmaq daha təhlükəsiz olardı. Vaxtilə ucqarlarda kor bağırsaq əməliyyatı da yerli keyləşdirmə vasitəsilə aparılırdı”.
Pediatr deyir ki, bəzən həkimlər sünnətlə bağlı kütləvi xeyriyyə aksiyaları da keçirirlər: “Belə hallara necə ciddi nəzarət etmək olar? Stomatoloqlarda da belə hallar baş verir. Belə ki, lidokain tez – tez reaksiya verir deyə bunun tərkibinə adrenalin qatılır ki, anafilaktik şok verməsin.
Həmçinin son vaxtlar lazerlə əməliyyat çox dəbdədir. Amma onun klassik metoddan üstünlüyünü praktikada görmək olmur”.
İLAHƏ