SÜNİ İNTELLEKTİN KÖMƏYİ İLƏ 9 AYDA 97 KİTAB YAZDIbackend

SÜNİ İNTELLEKTİN KÖMƏYİ İLƏ 9 AYDA 97 KİTAB YAZDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın fantastika yazıçısı Tim Bauçer, ÇatGPT daxil olmaqla, süni intellekt alətlərindən istifadə edərək bir ildən az müddətdə 100-ə yaxın kitab yazdığını açıqladı.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, yazıçı son doqquz ayda 97 mini-roman nəşr etmək üçün ağıllı texnologiyadan istifadə edib.

Müəllif mətn yaratmağa kömək etmək üçün süni intellektli “ChatGPT” və “Anthropic”dən “Claude” çatbotlarından, romanları təsvir etmək üçün isə süni intellekt şəkil generatoru “Midjourney”dən istifadə etdiyini bildirib.

Onun kitablarının hər birində süni intellektin yaratdığı 5000-ə qədər söz və 40-140 şəkil var.

Avqust-may ayları arasında 500-dən çox nüsxə satdığını söyləyən Bouçer, ümumi qazancının 2000 dollardan çox olduğunu açıqlayıb.

Digər yazarlardan fərqli olaraq mini-romanlarını orta hesabla 8 saata yazdığını ifadə edən Bauçer, “Süni intellektin yaradıcı işlərin yerini alacağına dair məşhur inancın əksinə olaraq, süni intellekti qabiliyyətlərimizi artıracaq güclü bir vasitə olaraq görürəm” – deyib.