Süni intellektin köməyi ilə 100-ə yaxın kitab yazdıbackend

Süni intellektin köməyi ilə 100-ə yaxın kitab yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amerikalı fantast yazıçısı Tim Bauçer süni intellektin köməyi ilə bir ildə 100-ə yaxın kitab yazıb.

Tribunainfo.az xarici KİV-nə istinadən xəbər verir ki, yazıçı “Nyusvek” üçün yazdığı məqalədə son 9 ayda 97 mini-roman nəşr etdirdiyini bildirib.

Müəllif kitabları yazarkən ChatGPT və Anthropic’s Claude kimi süni intellekt botlarından və süni zəkaya əsaslanan, mətnlər əsasında təsvirlər yaradan MidJourney proqramından istifadə edib.
Yazıçı kitablarının hər birində 5000 söz və 40-140 şəkil olduğunu deyib. O, seriyadakı kitablarına “AI Lore” adını verib. Müəllif seriyadakı kitabların bir-birinə istinad etdiyini və əlaqəli hekayələr danışdığını bildirib. Bauçer bu yanaşmanın uğurlu olduğunu və oxucuların fərqli kitablar aldığını vurğulayıb.
O, işini süni intellektin insan yaradıcılığını artırmaq potensialının sübutu kimi qiymətləndirib:
“Bütün rəssamlar istər-istəməz süni intellektdən müəyyən dərəcədə istifadə edəcəklər. Bu, işinizə xidmət etmək üçün düzgün kombinasiya tapmaq bacarığıdır. Süni intellekt insan yaradıcılığını artırmaq üçün bir fürsətdir”.