Bu dəfə süni intellektin köməyi ilə təhlükəli infeksiyalara səbəb ola bilən A baumanni bakteriyasına qarşı təsirli dərman olan abaucin aşkar edilib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, “Science” jurnalında dərc olunan yeni araşdırmaya görə, MakMaster Universiteti və Massaçusets Texnologiya İnstitutundan bir qrup alim ölümcül supervirusu öldürmək üçün istifadə oluna bilən yeni antibiotik kəşf ediblər.
Sözügedən supervirus Ümumdünya Səhiyyə Təşkilatının “əvvəlki patogenlər” arasında “kritik” təhlükə kimi təsnif etdiyi Acinetobacter baumannii-dir.
Bu patogen insan sağlamlığı üçün “ən böyük təhlükə” yaradan bakteriyalar ailəsidir.
Baumannii qan infeksiyalarına əlavə olaraq sidik yollarında və ağciyərlərdə infeksiyalara səbəb ola bilər.
Süni intellektin skan edilməsi nəticəsində tədqiqatçılar abaucin adlandırdıqları yeni antibakterial birləşməni müəyyən edə bildilər.
Alimlər süni intellekt modelini öyrətdikdən sonra ondan əvvəllər rastlaşmadıqları 6680 birləşməni analiz etmək üçün istifadə ediblər.
Laboratoriya testləri nəticədə doqquz potensial antibiotik aşkar etdi.