Taylandda süni intellekt texnologiyası “depressiya və intihar düşüncələri” olan insanlara kömək etmək üçün istifadə olunur. Bildirilib ki, sınaq mərhələsində olan texnologiya ilkin tapıntılara əsasən, diaqnozlarının dəqiqliyi baxımından “keçid qiyməti” alıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, “Bangkok Post” qəzetinin məlumatına görə,TaylandMilli Sağlamlıq Təhlükəsizliyi Ofisinin (NHSO) istifadə etməyə başladığı “AI DMIND” adlanır.süni intellekttexnologiya xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır.
Tayland Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələrinin birgə hazırladığı süni intellekt texnologiyası nazirliyin səs yazılarını təhlil edərək xəstələrin “depressiya əlamətlərini və intihar düşüncələrinə meylliliyini” aşkar edə bilir.
Bildirilib ki, “AI DMIND” texnologiyası sınaq mərhələsində Taylandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi ilə bağlı “keçid qiyməti” alıb.