İqtisadiyyatı böyük olan ölkələrin süni intellekt inqilabı astanasında olduğunu bildirən OECD xəbərdarlıq edib: “Süni intellekt hüquq, tibb, maliyyə kimi bacarıqlı sektorlarda iş itkisinə səbəb ola bilər”.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı böyük iqtisadiyyatların hüquq, tibb və maliyyə kimi ixtisaslı işçiləri olan sənayelərdə iş itkilərinə səbəb ola biləcək süni intellekt inqilabı astanasında olduğunu elan edib.
Süni intellektin iş yerlərini ələ keçirməsi riski ən yüksək olan peşələrin bacarıqlı işlər olduğunu ifadə edən OECD, İngiltərə , Yaponiya və Almaniya da daxil olmaqla 38 üzv ölkədə məşğulluğun yüzdə 27-nin ixtisaslı işçilərdən ibarət olduğuna diqqət çəkdi.