Süni bahalaşma: iri marketlərə xəbərdarlıq edilməlidir – Açıqlamabackend

Süni bahalaşma: iri marketlərə xəbərdarlıq edilməlidir – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hazırda idxal olunan ərzağın qiymətində müəyyən bahalaşma müşahidə olunur. Çünki dünya ərzaq bazarında qiymət aşağı olsa da, daşınma xərcləri artıb. Bu səbəbdən idxal olunan məhsulların da qiyməti artır”.
Bunu iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az -a deyib.
Onun sözlərinə görə, ölkədə hələ də bəzi sahələrdə inhisarçılıq var:
“Bu gün ərzaq idxalı üzrə inhisarçılar bazarda qiymət məsələsinə müdaxilə edirlər. Bəzi pərakəndə ticarət şəbəkələrinin bazar payı çoxdur, bu da əsasən, şəbəkə marketlərdir. Onlar istədikləri qiymətləri qoyub, satırlar. Bu da sözsüz ki, qiymətlərin enməsinə imkan vermir. Çünki onların monopoliya bazarında payları çoxdur. Digər tərəfdən, Azərbaycanın əsas idxal tərəfdaşlarından biri olan Rusiyada ətin qiyməti 20 faizə qədər artıb. Bu da sözsüz ki, öz təsirini göstərir. Hazırda ölkədə daxili ət istehsalı azalıb və daha çox idxaldan asılıdır. Buna görə də ətin qiymətində müəyyən bahalaşma müşahidə edilir”.
İqtisadçının fikrincə, bahalaşmanın qarşısını almaq üçün ilk növbədə inhisarçılığa qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Bazarda qiyməti diktə edən şəbəkə marketlərinə müvafiq xəbərdarlıqlar olunmalıdır.