Böyük Britaniyanın baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makron Ukraynaya döyüş sursatı, dron və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılmasını müzakirə ediblər. Tribunainfo.az xəbər verir ki, bu barədə iki liderin telefon danışığından sonra Böyük Britaniya baş nazirinin dəftərxanasının yaydığı bəyanatda deyilir.
Qeyd edildiyi kimi, Sunak və Makron “Ukraynadakı münaqişədə Rusiyanın qələbəsinin qarşısını almaq üçün səylərin artırılmasının vacibliyi barədə razılığa gəliblər”.
“Onlar qarşıdakı aylar üçün prioritetləri, o cümlədən Ukrayna silahlı qüvvələri üçün sursat, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin təchizatının artırılmasını müzakirə ediblər”, – sənəddə deyilir.
Həmçinin qeyd edilir ki, Sunak və Makron “Qəzza zolağında dərinləşən humanitar böhrandan dərin narahatdırlar və dərhal humanitar atəşkəs elan edilməsinin vacibliyini vurğulayırlar”, o cümlədən regionda gərginliyin azaldılması.
Dəniz Pənahova