42 saylı Sumqayıt birinci Seçki Dairəsindən Millət Vəkilliyinə namizəd Kəramət Salah seçiciləri ilə görüşlərini davam etdirir.
Seçki Qərargahından verilən məlumata görə Kəramət bəy seçiciləri ilə artıq 13- cü görüşünü keçirib və avqust ayının 30 qədər görüşlər davam edəcək. Təbliğat təşviqat prosesi davam etdikcə Kəramət Salahı dəstəkləyənlərin sayı sürətlə artır. Verilən məlumata görə Sumqayıt şəhərində tanınmış ziyalı və yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xan Rəsuloğlu da Millət Vəkilliyinə namizəd Kəramət Salahın namizədliyini dəstəkləyib. Gözlənilir ki, bir neçə ictimai siyasi xadim də Kəramət bəyə dəstək nümayiş etdirsinlər.