Sumqayıtlı pensiyaçı Ümumrespublika Şahmat turnirinin qalibi oldu-FOTO,VİDEObackend

Sumqayıtlı pensiyaçı Ümumrespublika Şahmat turnirinin qalibi oldu-FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtlı pensiyaçı Ümumrespublika Şahmat turnirində iştirak edib. Bu haqda 19 may tarixində

Tribunainfo.az azərtac-a istinadən xəbər verir.

Pensiya və sosial müavinət alan şəxslər arasında keçirilən turnir Dövlət Sosial Müdafiə Fondu (SDMF) tərəfindən təşkil olunub. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yarışda 1500-ə yaxın şəxs iştirak edib. Sumqayıtdan olan üçüncü qrup əlil İlqar Şiriyev turnirin qalibi adını qazanıb.

51 yaşlı İlqar on yaşından şahmatla məşğul olmağa başlayıb.

“Bu oyunun sirlərini mənə böyük qardaşım Vüqar öyrədib. İndiyədək müxtəlif yarışlarda iştirak etmişəm. Əvvəlki illərdə bir neçə yarışda qalib olmuş və ya yüksək yerlər tutmuşam. Qalib gəlmək həmişə sevindiricidir. Bu turnirdə birinci yeri tutmaq isə ikiqat xoş duyğular oyadır. Bu yarışda qələbəni ailəmlə bir yerdə qeyd edəcəyəm”, – deyə turnirin qalibi söyləyib.