Sumqayıtın qəsəbədaxili yolları pis vəziyyətdədir – FOTO/VİDEO

Sumqayıtın qəsəbədaxili yolları pis vəziyyətdədir – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsinin yolları acıcanaqlı vəziyyətdədir.

Bununla bağlı Oxu.Az-a şəhərin Təzə Corat qəsəbəsində (Novruz qəsəbəsi) yaşayan sakinlər tərəfindən göndərilən şikayətdə qeyd olunub.

Söhbət qəsəbənin Fikrət Əmirov küçəsindən gedir.

Sakinlərin sözlərinə görə, uzunluğu təxminən 400-500 metr olan küçə çox pis vəziyyətdədir:

“Küçədə açıq kanalizasiya lyukları var. Axşam saatlarında dəfələrlə bu lyuklara düşüb xəsarət alanlar olub. Yağış yağanda küçədə gölməçələr yaranır. Bu səbəblərdən də küçədə avtomobillərin, piyadaların hərəkətində çətinliklər yaranır. Təcili tibbi yardım maşını küçənin o başından, bu başına güclə gəlib çatır”.

TİA.AZ