Sumqayıtın “Nizami” meydanında zibil qabları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA (FOTO)

Sumqayıtın “Nizami” meydanında zibil qabları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt şəhərində “Nizami” meydanı ərazisində “Bura zibil atmaq qadağandır” bildirişləri yerləşdirilib. Maraqlısı odur ki, meydan ərazisində bir dənə də olsun zibil qabına rast gəlinmir. Əvvələr burada tullantılar üçün kiçik həcmli zibil qablar olsa da hazırda rast gəlinmir.
Vətəndaş isə elanı oxuyaraq  əlində tullantı zibil qabı axtarır…
Məsələ ilə bağlı Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmovla əlaqə saxladıq. A. Rüstəmov Xeberle.com-a ərazidən qurum tərəfindən zibil qablarının götürülməsinin səbəbini belə əsaslandırdı: “Meydana əvvəllər zibil qabları qoyulmuşdu. Əraziyə yaxın və ətraf ərazilərdə yerləşən kommersiya obyektləri, ticarət mərkəzi və bazar hamısı bütün tullantılarını həmin qablara gətirib atırdı. Demək olar ki, tullantıların çoxluğundan ərazidəki zibil qabları görünməz olmuşdu. Ərazidə olan zibil qabları əhalinin yüngül məişət tullantıları üçün nəzərdə tutulduğundan ora atılan böyük tullantılar antisanitar vəziyyət  yaradırdı. Bu nöqteyi-nəzərdən departament ərazidəki zibil qablarını götürdü. Əhalinin yüngül məişət tullantıları üçün isə 34-cü məhəllədə  tullantı məntəqəsi var. Meydanın mərkəzinə zibil yığılmasın  deyə ticarət obyektlərinin hər birinə özünə aid zibil qablarının yerləşdirilməsi zərurəti barədə məlumat verilsə də, heç biri hələ ki, bu xəbərdarlığa məhəl qoymur”.