1 Sentyabr parlament seçkisi yaxınlaşdıqca cəmiyyətdə fəallıq artır. Sumqayıt 42 saylı birinci Seçki Dairəsində lider namizəd Kəramət Salah seçiciləri ilə fəal görüşlərini davam etdirir. Namizədin seçki qərargahından verilən məlumata görə uğurlu seçki kampaniyası keçirən Kəramət Salah cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyini qazanır. Millət vəkilliyinə namizəd Kəramət Salaha Sumqayıt şəhərinin keçmiş İcra başçısının müavini Oktay Tahirov dəstəyini açıqlayıb.
Oktay Tahirov
Seçki Qərargahının sədrinin mətbuata bildirdiyinə Oktay Tahirov Sumqayıt və Qubadlı əhalisi arasında nüfuzlu ziyalılardandır və gözlənilir ki, bir neçə hörmətli ziyalıların da Kəramət Salaha dəstəyi gözlənilir.