Bu gün Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, Sumqayıt şəhəri, 52-ci məhəllə, Novxanı bağları, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz xəttində yaranan qəzanın aradan qaldırılması ilə əlaqədar saat 13:50-dən qaz təchizatı dayandırılıb.
Hazırda təmir-bərpa işləri görülür.