Sumqayıtın bəzi ərazilərində qaz təchizatı dayandırıldı

Sumqayıtın bəzi ərazilərində qaz təchizatı dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə Tribunainfo.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində “Şəhər-3” qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar aprelin 1-də saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır. Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvar ərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranıb.