Yenidən qurulmasına milyonlar xərclənən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda nöqsan aşkarlanıb.
İdman arenası 1 ilə yaxındır hazır olsa da, hələ də açılışı olmayıb. Məlumata görə, AFFA nümayəndələri stadiona baxış keçirərkən daha bir nöqsanla qarşılaşıblar. Belə ki, inşa işləri zamanı teleyayım üçün zəruri nüanslar nəzərə alınmayıbmış. Hazırda arenada canlı yayım etmək, kameraları yerləşdirmək üçün münasib şərait yoxdur.
sumqayit24