Sumqayıt şəhərinə 2-ci əsas girişdəki körpü qəzalı vəziyyətə düşüb. Körpü şəhəri Saray qəsəbəsi ilə birləşdirir. Bu yolla hər gün minlərlə avtomobil hərəkət edir.
Tribunainfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sürücülər körpünün bu vəziyyətinin təhlükəli olduğunu deyirlər.
Yolda çökmələr olduğundan körpünün üzərində olan işıqforun fəaliyyəti dayandırılıb. Bu addım avtomobillərin körpünün üzəri ilə dayanmadan hərəkətini təmin etmək məqsədi ilə atılıb. Çünki avtomobillərin körpünün üzərində dayanması çökmə ilə nəticələnə bilər. Həmçinin altından dəmir yolu xətti keçdiyinə görə təhlükə ikiqat artır.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev bildirib ki, məsələ aidiyyəti qurumların diqqət mərkəzindədir.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub və körpüyə ilkin baxış keçirilib.
Körpünün əsaslı təmir olunması üçün müvafiq addımlar atılacaq.
Daha ətraflı videomaterialda: