Sumqayıtda yük avtomobili nənə və nəvəni vurub, qadın ölüb

Sumqayıtda yük avtomobili nənə və nəvəni vurub, qadın ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində yük avtomobili qadın piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, hadisə sentyabrın 19-da saat 11 radələrində şəhərin 43-cü məhəlləsinin ərazisində qeydə alınıb.

Belə ki, Simqayıt şəhər sakini Fariz Xəlilov idarə etdiyi “Ford” (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.