Sumqayıtda xəstəxana morqa çevrilib – narazılıq

Sumqayıtda xəstəxana morqa çevrilib – narazılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 2 saylı xəstəxanada B-SCAN aparatı xarab olub, OCT müayinəsi üçün də avadanlıq yoxdur, İTS də özəl klinikaya göndərişi təsdiqləmir.

Tribunainfo.az bildirir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə yazıb. Xəstəxana yeni təhvil verilib, amma qeyd olunan çatışmazlıqlar mövcuddur.

Sakinlər təcili tədbir görülməsini xahiş edirlər. Hazırda yaranmış problemlər ucbatından vətəndaşlar müayinə oluna bilmirlər. Onlar TƏBİB rəhbərliyindən köməklik gözləyir.

Gülşən Rəsul