Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
1962-ci il təvəllüdlü şəhər sakini Qəfərov Zeynal Səhlədar oğlu Sumqayıtçay qəsəbəsi ərazisində – Bakı-Quba yolunun 30-cu kilometrində hərəkətdə olarkən idarə etdiyi velosipeddən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./Report