Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi yaxınlığında 1 nəfərin torpaq uçqunu altında qalması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Tribunainfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
***
12:51
Sumqayıt şəhərində yeni tikilən binalardan birində bədbəxt hadisə baş verib.
Tribunainfo.az Report-a istinadən xəbər verir ki,hadisə Şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə dağıntılar altında qalıb.
Hadisə zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun dağıntılar altında qaldığı bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.