Sumqayıtda su sayğacları oğurlanıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda su sayğacları oğurlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhər 9-cu mikrorayon 38 saylı binanın sakinləri onlara məxsus su sayğaclarının oğurlanmasına dair polis idarəsinə məlumat veriblər. Bildirilib ki, sözügedən binanın bir blokundan 4, digərlərindən isə 10-a yaxın su sayğacı oğurlanıb. Məlumat əsasında hüquq-mühafisə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: