Sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Tribunainfo.az report-a istinadla verir ki, hadisə “Saray körpüsü”ün yaxınlığına qeydə alınıb.
1961-ci il təvəllüdlü Ağayev Namiq Sabir oğlu idarə ediyi 16-19 saylı xətt üzrə işləyən “Paz” markalı 10-JR-983 nömrə nişanlı avtobusla, 2005-ci il təvəllüdlü Mirzəyev Cavidan İsmayıl oğlunun idarə etdiyi özünə məxsus “Xəzər” markalı 20-EK-097 nömrə nişanlı avtomaşınla toqquşub.
Cavidan Mirzəyev qapalı kəllə beyin travması xəsarəti aldığı üçün Sumqayıt TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilib və sonradan aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.