Sumqayıtda şagird formasız qalıb, məktəbə gedə bilmir — Qurumdan CAVAB

Sumqayıtda şagird formasız qalıb, məktəbə gedə bilmir — Qurumdan CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 1/22 nömrəli yataqxanada yaşayan Cəsur günlərdir ki, məktəb forması olmadığına görə, dərslərindən geri qalır.

Tribunainfo.az xəbər verir ki, ailə Sosial Müdafiə Fondundan sosial yardım almaqlarına baxmayaraq, Cəsur Sosial Xidmətlər Agentliyindən məktəb ləvazimatları ilə təmin olunmayıb. Halbuki sosial yardım alan hər bir ailənin məktəbli övladlarının bu cür dəstək paketindən faydalanması nəzərdə tutulur.
Görünür qurumun Bakıdakı ailələrə başı qarışdığından Sumqayıt şəhəri gözdən-könüldən uzaq düşüb. Ailə, bir otaqlı evdə 4 nəfər olmaqla çətin şəraitdə yaşayır. Cəsurun anası Ağalarovla Aygün Qiyas qızı dəmir-dümür sataraq ailəsini dolandırmağa çalışır. Eyni zamanda, A. Ağalarova əsəb xəstəliyindən əziyyət çəkir və dərmanlarını almağa da pulu yetmir.

Redaksiya olaraq, bu məsələdə həm Dövlət Sosial Xidmətlər Agentliyi, həm də Təhsil Nazirliyini diqqətli olmağa və Cəsur kimi uşaqların təhsildən geri qalmaması üçün təcili tədbirlər görməyə çağırırıq.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən Sərvər Abdullayev Tribunainfo.az-ın sorğularını cavablayıb.

Dövlət Sosial Xidmətlər Agentliyi tərəfindən Sumqayıtda yaşayan sosial yardım alan ailələrə məktəbli uşaqlar üçün məktəb forması və ləvazimat dəstləri hansı qaydada paylanır?

Kimyaçılar qəsəbəsində yaşayan sözügedən ailənin məktəbli uşağı niyə bu dəstəkdən kənarda qalıb?

Ailənin vəziyyəti nəzərə alınaraq, təcili qaydada məktəb forması və ləvazimat təminatı həyata keçirilə bilərmi?

“Məktəbli ləvazimatlarının paylanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlıq edən sosial tərəfdaşlar tərəfindən aparılır.

Sosial tərəfdaşımız yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı dövlət sosial yardımı alan 12900-dən çox ailənin məhz bu il 1-ci sinfə gedən övladlarının məktəbli ləvazimatları ilə təminatını həyata keçirib. Təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılıb.

Sözügedən ailənin övladı yeni tədris ilində 4-cü sinfə getdiyi üçün müvafiq siyahıda yer almayıb”.

Dəniz Pənahova

@tribunainfo.azSumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 1/22 nömrəli yataqxanada yaşayan Cəsur günlərdir ki, məktəb forması olmadığına görə, dərslərindən geri qalır. “Tribunainfo” xəbər verir ki, ailə Sosial Müdafiə Fondundan sosial yardım almaqlarına baxmayaraq, Cəsur Sosial Xidmətlər Agentliyindən məktəb ləvazimatları ilə təmin olunmayıb. Halbuki sosial yardım alan hər bir ailənin məktəbli övladlarının bu cür dəstək paketindən faydalanması nəzərdə tutulur. Görünür qurumun Bakıdakı ailələrə başı qarışdığından Sumqayıt şəhəri gözdən-könüldən uzaq düşüb. Ailə, bir otaqlı evdə 4 nəfər olmaqla çətin şəraitdə yaşayır. Cəsurun anası Ağalarovla Aygün Qiyas qızı dəmir-dümür sataraq ailəsini dolandırmağa çalışır. Eyni zamanda, A. Ağalarova əsəb xəstəliyindən əziyyət çəkir və dərmanlarını almağa da pulu yetmir. Redaksiya olaraq, bu məsələdə həm Dövlət Sosial Xidmətlər Agentliyi, həm də Təhsil Nazirliyini diqqətli olmağa və Cəsur kimi uşaqların təhsildən geri qalmaması üçün təcili tədbirlər görməyə çağırırıq. Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən Sərvər Abdullayev Tribunainfo.az-ın sorğularını cavablayıb. Dövlət Sosial Xidmətlər Agentliyi tərəfindən Sumqayıtda yaşayan sosial yardım alan ailələrə məktəbli uşaqlar üçün məktəb forması və ləvazimat dəstləri hansı qaydada paylanır? Kimyaçılar qəsəbəsində yaşayan sözügedən ailənin məktəbli uşağı niyə bu dəstəkdən kənarda qalıb? Ailənin vəziyyəti nəzərə alınaraq, təcili qaydada məktəb forması və ləvazimat təminatı həyata keçirilə bilərmi? “Məktəbli ləvazimatlarının paylanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlıq edən sosial tərəfdaşlar tərəfindən aparılır. Sosial tərəfdaşımız yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı dövlət sosial yardımı alan 12900-dən çox ailənin məhz bu il 1-ci sinfə gedən övladlarının məktəbli ləvazimatları ilə təminatını həyata keçirib. Təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılıb. Sözügedən ailənin övladı yeni tədris ilində 4-cü sinfə getdiyi üçün müvafiq siyahıda yer almayıb”. Dəniz Pənahova

♬ original sound – Tribunainfo.az