Sumqayıtda Rövşən Almuradlının anım tədbiri keçiriləcəkbackend

Sumqayıtda Rövşən Almuradlının anım tədbiri keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mərhum rejissor, ssenarist Rövşən Almuradlının 70 illik yubileyi keçiriləcək.
Bu barədə rejissorun oğlu Kamal Almuradlı məlumat verib.
Onun sözlərinə görə, tədbir Kino Agentliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyini dəstəyi ilə baş tutacaq: “Aprelin 19-da 70 illik yubileydir. Məclis Kino Agentliyinin təşəbbüsü ilə baş tutacaq. Yubiley Sumqayıt Dövlət Dram Teatrında keçiriləcək”.
Kamal Almuradlı atasının ölümündən 5 il keçdiyini xatırladıb:
“Hər il bu günü məclis təşkil edirik, qapımız açıq olur, kim istəsə gəlir. Bu gün də evdəyik, axşam iftar məclisi  verəcəyik. Atamın dostları unutmayıb, zəng edirlər,  maraqlanırlar”.
Qeyd edək ki, rejissor, ssenarist Rövşən  Almuradlı 2019-cu ildə 64 yaşında dünyasını dəyişib.