Dünən hökm sürən qarlı və şaxtalı havada Sumqayıt avtobusları pəncərələri açıq formada sərnişin daşıyıblar.Tribunainfo.az xəbər verir ki, bu barədə Sumqayıt sakini Əli Zülfiqaroğlu yazıb. O bildirib ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin sahibi olduğu 9 saylı marşrutda sərnişinlərin qar keyfi də düşünülüb:
“Avtobusun pəncərələri qırılıb. Təmir etmək əvəzinə skoçla bağlayıblar. Külək də skoçu qoparıb. Qar avtobusun içinə yağırdı. Salon da bumbuz. Bu avtobuslar illərdir elə bu şəkildə fəaliyyət göstərir”.
Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, bu mümkün olmadı.