Sumqayıtda 29 yaşlı qadını qaynı arvadı bıçaqlayıb.
Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Qaynı arvadını bıçaqlamaqda şübhəli bilinən R.Quluzadə saxlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, o, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.