TİA.AZ-ın redaksiyasına şikayət edən Sumqayıt şəhər sakini Zülfi Hacıyev küçəsindən Heydər Parkına gedən piyada yolunun girişində yaranan problem haqda danışıb.
Qeyd olunan ərazidə inşa edilən bardyur haqda şikayətini bildirən vətəndaş qeyd edir ki, fiziki qüsurlu, əlil adamlar, uşaqlar, hətta sağlam, cavan adamlar da bu “bardyur”a çıxmaqda çətinlik çəkər.
Həmin məktubu olduğu kimi təqdim edirik:
“Hörmətli redaksiya ,təqdim etdiyim bu foto Sumqayıtda Zülfi Hacıyev küçəsində Heydər Parkına gedən piyada yolunun girişindən çəkilib.
Bu bardyuru inşa edəndə inşaatçılar nə fikirləşiblər bilmirəm ,amma olan dəqiq odur ki, ora çıxmağa nəinki fiziki qüsurlu,əlil adamlar,uşaqlar,hətta sağlam,cavan adam da çətinlik çəkər.
Bəlkə də bu çox xırda məsələ görünə bilər,amma şəhərdə neçə icra başçısı dəyişib, bu əcaib və buradan keçən sakinlərdə problem yaradan adi bir şeyə maraqlıdır ki,neçə illərdir heç bir tədbir görüməyib.
Halbuki yolun bu hissəsində yaxınlıqda seçim yoxdur, piayada keçidi bu bardyura apardığından piyada mütləq burdan keçməlidir,ya da piyada keçidi olan yerdən yox,aralıdan keçməlidir.
Bu xırda bir detal əslində sakinlərə laqeyd münasibətin göstəricidir və inanıram ki,əgər yerli məmurlar ümumiyyətlə piyada gəzsəydi və buradan keçsəydi bəlkə də bir əncam çəkərdi buna ;ya pilləkən kimi daş qoyulardı,ya səth yuxarı,çəpinə yuxarı istiqamətdə doldurulardı,ya da piyadaların buradan çıxması üçün hansısa başqa bir tədbir görərdi.
Sdandartlara görə səhv etmirəmsə yol kənarında bardyurun hündürlüyü 10 sm-ə yaxın olmalıdır.
Amma şəkildən də göründüyü kimi bu bardyurun hündürlüyü az qala yarım metrə-50 sm -ə çatır.
Ola bilsin bunu qoyanda relyefə uyğun ediblər ,amma fikirləşməyiblər ki,bardyurdan çıxmaq insanlara çətinlik,narahatçılıq yaradır”.
TİA.AZ