Sumqayıtda partlayış baş verən binanın birinci girişi SÖKÜLƏCƏK

Sumqayıtda partlayış baş verən binanın birinci girişi SÖKÜLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində partlayış baş verən yaşayış binasının birinci girişi söküləcək”.

Bu məlumatı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev Oxu.Az-a açıqlamasında deyib.

“3 dekabr 2024-cü il tarixində Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində baş vermiş partlayışla bağlı görülən tədbirlər çərçivəsində altı girişdən ibarət beş mərtəbəli yaşayış binasının üç girişində yaşayan sakinlər müvəqqəti olaraq kirayə mənzillərlə təmin olunublar.

Sakinlərin köçürülmə xərcləri və ilkin olaraq 6 aylıq kirayə haqları dövlət tərəfindən ödəniləcək. İlkin qərara əsasən, binanın birinci girişi söküləcək və yenidən inşa ediləcək”.

Xatırladaq ki, hadisə nəticəsində altı nəfərin xəsarət alıb. Partlayışdan bir neçə gün sonra xəsarət alanlardan 1977-ci il təvəllüdlü Ramin Əliyev və onun oğlu 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada ölüblər.