SUMQAYITDA PARKI TƏMİR ETDİLƏR, SKAMYALAR QOYMAQ YADDAN ÇIXDI – FOTO,VİDEO

SUMQAYITDA PARKI TƏMİR ETDİLƏR, SKAMYALAR QOYMAQ YADDAN ÇIXDI – FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda “maraqlı” park-oturacaqların yeri var, özü yox..

Sumqayıtda yeni təmirdən çıxan parkda sakinlərin dincəlməsi üçün oturacaq yerləri qoyulsa da, skamyalar yerləşdirmək yaddan çıxıb.

Tribunainfo.az yazır ki, Sumqayıt sakinlərinin sözlərinə görə, Sülh prospekti ilə Bakı küçəsinin kəsişməsində yerləşən park əsaslı təmir olunub və park təmirdən sonra bir müddət əvvəl istifadəyə verilib. 10 min kvadrat metr ərazini əhatə edən parkda gəzintidən sonra dincəlmək üçün cəmi 5 ədəd skamya qoyulub. Yerləşdirilən skamyalar da ancaq parkın ortasındadır. Sakinlər bildirir ki, parkın gəzinti üçün nəzərdə tutulan yerlərinə yaxın heç yer də skamya yoxdur.Ancaq parkın təmiri zamanı oturacaqların yerləşdirilməsi üçün xüsusi ciblər ayrılıb. Böyük bir parkda cəmi 5 ədəd oturacaq təbii ki, azdır.
Görünür təmir işlərini aparan qurum parka kifayət qədər skamya yerləşçdirməyi unudub, ya da xəsislik edib…