Sumqayıtın ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil olan parkında ölümə məhkum olunan ağaclar
Sumqayıtın ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil olan parkında ölümə məhkum olunan ağaclar…
Sumqayıtda yaşıllıqların kütləvi surətdə qırılması dəfələrlə baş verib.Hətta bir neçə il əvvəl şəhərin Azərbaycan prospektində yerləşən Cəfər Cabbarlı adına klubun qarşısındakı parkda 100-ə yaxın yaşı 40-50 il olan zeytun və şam ağacları kəsilmişdi. 2013-cü ilin oktyabrında isə Sumqayıtda Nəsimi parkında çoxillilik şam ağacları benzin vurularaq yandırılması bütün ölkə mətbuatda işıqlandı və böyük reaksiya doğurdu.Belə ki,həm vaxt Sumqayıtın Nəsimi parkında, Mehdi Hüseynzadə adına stadionun arxasındakı şamlıqda 100-dən çox çoxillik şam ağacları üstünə benzin tökülərək yandırılıb və sonra kəsilib. Məlum olmuşdu ki, ağaclar soyqırıma ,onların kəsildiyi yerdə restoran tikiləcəyi səbəbindən məruz qalıb.
Sumqayıt şəhəri, Nəsimi adına Mədəniyyət və İstirahət Parkında ağacların yandırıldıqdan sonra kəsilməsi ilə bağlı mətbuatda yayılmış məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən dərhal yerindəcə araşdırılmış, təxminən 800 m2 sahənin yanması, 150 ədəd şam və sərv ağacının yandıqdan sonra kəsilməsi faktı müəyyən edilmişdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi xəbərində bildirilirdi ki, Sumqayıt şəhəri, Nəsimi adına Mədəniyyət və İstirahət parkının rəhbərliyinın müəssisənin balansında olan Sumqayıt şəhərinin mərkəzi hissəsindəki böyük bir yaşıllıq sahəsinin yanmasının qarşısını vaxtında almadığı, sonradan isə ağacların kütləvi surətdə kəsilməsinə göz yumduğu məlum olub:
“Balansındakı yaşıllıqların mühafizəsini lazımi səviyyədə təmin etmədiyi, yaşıllıq sahəsinin yanmasının qarşısını vaxtında almadığı, ağacların kəsilməsinə göz yumduğu, onlara yetərli qulluq göstərmədiyi, yaşıllıqların baxımsız vəziyyətə düşməsinə biganə qaldığı üçün Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət Parkı ETSN-nin əməkdaşları tərəfindən hüquqi şəxs qismində inzibati qaydada 40 min manat məbləğində cərimə edilib”. Qeyd edək ki, Sumqayıtda yaşıl soyqırım əslində mütəmadi olaraq baş verir, dayanmır, sadəcə bu bir qədər gizli şəkildə eilir deyə mətbuata az işıqlanır.
Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən tutmuş Xəzərin ləpədöyəninə qədər ərazini əhatə edən Nəsimi adına Mədəniyyət və İstirahət parkı var ki,gözəlliyinə görə O Baki bulvarından heç də geri qalmır. Şəhərin gözü olan bu park 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət nazirliyinin 16 mart tarixli 64 saylı əmrinə əsasən mədəniyyət və istirahət parkı yaradılmışdır. 23 hektar dənizkənarı sahəni əhatə edən ərazidə küləyə, quraqlığa davamlığı olan 39 növ ağac – Eldar və Alp şamları, Ağcaqayın, Akasiya, Küknar, Qovaq ağacları və s. cərgələrə düzüldü. Yaşıllaşdırma yüksək ixtisaslı mütəxəssislərə – aqronomlara, bağbanlara həvalə edildi. Şəhər əhalisinin sağlamlığında parkın yaşıl ərazisi ilə yanaşı, çimərlik zonası da əhəmiyyətli rol oynayır. İldən-ilə genişlənən, gözəlləşən parka 17 avqust 1978-ci ildə dahi Azərbaycan şairi Nəsiminin adı verilmişdir. Hal-hazırda parkın ümumi sahəsi 80 hektardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarına əsasən, İ.Nəsimi adına mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Dediyimiz kimi kimi tez-tez mətbuatda Sumqayıtda hansısa yaşıl soyqırım haqda oxuyuruq. Çox təəsüflər olsun ki , Sumqayıtda ağacların qırılması “ənənəsi” əslində yaşıllığı qorunmalı, artırılmalı olan Sumqayıtın bu parkından da yan keçməyib. Belə ki, “Sülh göyərçini” abidəsindən pilləkənlərlə aşağı düşdükdə açılan ərazinin solunada restoranların yanında bir sıra yaşayış binaları, göydələnlər, obyektlər tikilir ki, bu əslində biabırçılıqdır.
Amma bu ərazidə xeyli sayda ağac var idi ki,hanıski,kəsilib. Bunu Sumqayıt haqda köhnə video və foto kadrlara,elə indiki kadrlarda baxdıqda açıqca müəyyən etmək olar. Bildiyimiz kimi çoxillik və şəhərin “ağ ciyəri”olan ağaclar həm havanı təmizləməklə insanların sağlamlığına xidmət edir,həm də şəhərə xüsusi gözəllik verir.
Təbiətin qayğısına qalmaq öz qayğımıza qalmağa bərabərdir. Nəticədə təbiət bizim bugünki və gələcək sağlamlığımızın təminatçısıdır.
“Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.
“İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır”. Bu sözləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı deyib.
Dövlət başçısı bildirib ki, ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər.
Prezident aidiyyəti qurumların ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməli olmaq barədə təklif verməli olduğunu deyib. Onun sözlərinə görə, bu işi həyata keçirənlər məsuliyyətə cəlb edilməlidir. “Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.Vaxtilə mərhum Ulu Öndər Heydər Əliyev də demişdi ki, “bir ağac kəsən mənim bir qolumu kəsir”
Linkdə təqdim edilən videoda (https://www.youtube.com/watch?v=AyA-2FMsFS0)
mərhum prezident Heydər Əliyevin hər kəsə dərc olacaq çıxışı var: “…O ağacları kəsib oranı baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət etməyiblərmi? Həmin ağacları bərpa etmək indi olduqca çətindir. Hesab edin ki, onlar mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq – ədalət məhkəməsi qarşısında cavab versinlər. Orada baqqal dükanları tikənlərin, özləri üçün xüsusi mülklər salanların hamısını qovmaq lazımdır, oranı uçurtmaq lazımdır.”
Əlbəttə ev tikmək yaxşı şeydir, günü-gündən artan əhalinin yaşayış yerlərinə ehtiyacı var və bu tikinti sahəsində sahibkarlığın da inkişafına,aşağı təbədən olan insanların da işlə təmin olunmasına səbəb olur,amma bu iş yaşıllığın qırılması hesabına baş verməməlidir.Ümumiyyətlə parkda göydələnlər tikmək düzgün deyil.Düzdür bu kimi ərazilərdə torpağın qiyməti yüminlərlə ölüçülür , bahadır və tikilən binalarda mənzillər daha baha qiymətə satıla bildiyindən iş adamlarına bu sərfdir,lakin dediyimiz kimi parklar,ağaclar şəhər əhalisinin sağlamlığına xidmət edir və sağlamlığın dəyəri pulla ölçüləbilməz qədər böyükdür.Bundan başqa bu qanunla da qadağandır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıtda yerləşən 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin məsul vəzifəli şəxsləri nədənsə bu məsələlərə çox zaman göz yumur,ağacalrın soyqırımı mətbuatda işıqlanandan sonra reaksiya verir.
Nə qədər qəribə və inanılmaz olsa da, yaşıllıqların qorunmasına xidmət etməli olan bu qurum çox vaxt ona ünvanlanan müraciətlərə əhəmiyyət vermir, yaşıllıqların məhvinə göz yumur, proseslərin qarşısını almaq üçün heç bir əməli tədbir görmür. Nəticədə, sovet dönəminin yadigarı olan nəhəng ağaclar günbəgün məhv edilir, qırılan ağacların yerində ayrı-ayrı məmur və iş adamlarının mənafeyinə hesablanan binalar inşa edilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər üçün iki min manat, vəzifəli şəxslər üçün dörd min manat, hüquqi şəxslər üçün isə iyirmi beş min manat miqdarında cərimə nəzərdə tutulub.
Sual olunur ki,Sumqayıt icra hakimiyyəti niyə dövlət əhəmiyyətli parkda ağacların kəsilməsi ilə müşaiət olunan bu tikintiyə niyə yol verib?!Olmazmı ki,binalar boş ərazidə tikilsin?!Nə vacibdir mütləq parkın içində tiklsin binalar və ya obyektlər?!Bütün sivil dünyada, əksinə ,göydələnləri tamamilə boş ərazilərdə,az qala səhralıqda tikirlər və orada ağac əkib oranı zəhmət çəkib yaşıllaşdırırlar,gözəlləşdirirlər .Bizdə isə bu artıq pis bir “ənənədir” ki, iş adamları məmurlarla əlbir olub (çünki onların “xeyir-duası” olmadan belə şeylər mümkün deyil) 100 ilin ağaclarını kəsib orda göydələn tikirlər və hazıra nazir heçnədən milyonlar qazanırlar…
TİA.AZ