Sumqayıtda özəl klinikada antibiotik vurulan şəxs ölübbackend

Sumqayıtda özəl klinikada antibiotik vurulan şəxs ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.

Tribunainfo.az verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı “Doktor AZ” klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.

Klinikadan faktı APA-ya təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb.

Prokurorluq Sumqayıtda özəl klinikada antibiotik vurulan şəxsin ölümü faktını araşdırır.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.