TİA.AZ-ın redaksiysına Sumqayıt sakini tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə laqeyd münasibətlə və ana dilimizə hörmətsizliklə bağlı şikayət məktubu daxil olmuşdur.
Həmin məktubu olduğu kimi təqdim edirik:
“Sumqayıt şəhərinin mərkəzi və mərkəzi küçələrindən biri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır. Lakin çox təəəsüflər olsun ki, Nizami küçəsindəki,9-cu məhəllədəki 10 –cu binanın divarına vurulan Nizami Gəncəvinin Sovet döründən qalma-kirilcə azərbaycan dilində və rus dilində yazılan ,onun haqqında məlumatı əks etdirən solğun daş löhvə indiyəcən dəyişdiriliməmiş qalıb. Özü də bu löhvə Sumqayıt İcra hakimiyyətinin,YAP-ın köhnə binasının, Sumqayıt Şəhər Baş Polis İdarəsinin yaxınlığındakı binadadır.Yəni kənar yerdə deyil.
Qeyd etmək lazımdır ki,görkəmli Azərbaycan şairinə qarşı bu birinci ögey münasibət deyil. Belə ki, Sumqayıtın ən uzun küçəsi olan ,görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun adına verilən küçədəki binada ,onun haqqındakı kiril qrafikalı löhvə də yalnız bu haqda ölkə mətbuatı yazandan sonra latın qrafikasında yazılmış yeni löhvə ilə dəyişdirilmişdir.
Demək belə çıxır hansısa neqativ hal,mütləq mətbuata çıxmalıdır,aidiyyati qurumlar tənqid olmalıdır və ondan sonra tədbir görülməlidir?!Olmaz ki,elə məmurlar bütün sivil dünyada olduğu kimi belə şeylər olanda özləri tədbir görsünlər. Maraqlıdır ki,ərazidə bir çox yerlərdə olduğu kimi küçə adları ,bina nömrələri olan dəmir löhvələr yenilənmişdir,amma dahi Azərbaycan şairi Nizami Gəncəvinin löhvəsinə 30 ildən çoxdur ki, Sumqayıtın heç bir icra başçısı tərəfindən diqqət edilməmişdir.
Bu löhvənin də indiyəcən qalıb dəyişdirilməməsi Nizaminin xatirəsinə, ana dilimizə hörmətsizlikdir. Çünki bildiyimiz kimi Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır.
Bu xoaşgəlməz faktı faktı təkcə diqqətlizlik də adlandırmaq olmaz,bunu daha bu işlərə məsul şəxslərin laqeydliyi ,şəhərə sayğısızlığı kimi də qiymətləndirmək olar.
Çünki ola bilməz ki,balaca şəhərdə bütün obyektləri görən məmurlar bu boyda faktı görməsin.Görübsə də çox güman onun dəyişdirilməsinə ehtiyac görülməyib,bu vacib sayılmayıb.
Bu löhvəni dəyişdirmək nə qdərə çətin şeydir ki,nə nə qədər vəsait tələb edir ki?Axı dövlət dövlət büdcəsindən şəhərə milyonlarla manat pul ayrılır.Ən azından bu löhvəni çıxartmaq olardı.Bu da vəsait tələb etmir ki?!Nəyə görə çəhərdə kirilcə löhvə olmalıdır?!Özü də Nizami Gəncəvi kimi bir şəxsiyyətlə bağlı məlumatı əks etdirən löhvə…
Əslində bu kimi ilk baxışdan o qədər də böyük görünməyən bu cür hallar yerli məmurların şəhərə olan laqeyd münasibətinin göstəricidir.Ona görə də yaxşı olardı ki,bu löhvəni təkcə latın qrafikalı,Nizami Gəncəviyə layiq bir xatirə löhvə ilə dəyişdirilməklə kifayətlənilməsin,belə laqeydliyə görə məsul şəxslər həm də cəzalansın ki,bundan sonra şəhərə qarşı diqqətli olsunlar,qayğı ilə yanaşsınlar.Bu həm də onların borcudur”.
Qarşı tərəfi də dinləməyə hazırıq.
TİA.AZ