30 iyunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində, “İstedad” liseyində “Nə? Harada? Nə zaman?” oyunu üzrə məktəblilər arasında açıq kubok keçirilib.
Tribunainfo.az xəbər verir ki, 31 komandanın iştirak etdiyi gərgin oyunda Sumqayıt şəhər 34 nömrəli məktəbin “Hedacore” komandası qalib olub. Şəhərin digər təmsilçisi- Təbiət elmləri təmayüllü gimnaziyanın “Dahilər” komandası ikinci, Masazır qəsəbəsi 2 nömrəli məktəbin komandası üçüncü yeri tutub.
Qaliblər kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.